İdman
Robert Levandovski Messinin rekorduna şərik olub
"Barselona"nın 37 yaşlı hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında "Barselona"nın keçmiş ulduzu Lionel Messinin tarixi nailiyyətinə çatıb. Oxu.Az- ın xəbərinə görə, bu barədə "365Scores" statistik portalı məlumat yayıb. Məlumata görə, Levandovski Avropanın bir nömrəli turnirində 40 fərqli kluba qol vurub. Levandovskinin qol vurduğu 40-cı klub "Kopenhagen" olub. Polşalı hücumçu bu qol sayəsində Messinin rekorduna çatıb. Qeyd edək ki, reytinqdə sonrakı yerdə 38 fərqli kluba qol vuran ulduz portuqaliyalı hücumçu Kriştianu Ronaldu gəlir.
Mənbə
oxu.az