Dünya
"LUKOIL" ABŞ şirkəti ilə xarici aktivlərin satılması barədə razılığa gəldi
Rusiyanın "LUKOIL" şirkəti ABŞ-nin "Carlyle" şirkəti ilə Qazaxıstandakı layihələr istisna olmaqla, xarici aktivlərin satılması barədə razılığa gəlib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə şirkətdən məlumat verilib. Xəbərdə bildirilib ki, razılaşma müəyyən şərtlərdən, o cümlədən də Birləşmiş Ştatların hökumətinin təsdiqindən asılı olacaq. Şirkət vurğulayıb ki, anlaşma eksklüziv deyil, "LUKOIL" digər potensial alıcılarla da danışıqları davam etdirir.
Mənbə
oxu.az