İdman

AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

29 Jan 2026, 12:56 1 baxış
AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlərlə bağlı qərar verib. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Qarabağ" "Kəpəz"lə görüşdə meydançaya kənar şəxs daxil olduğu üçün 2 500 manat cərimələnib. "Neftçi" komandası "Zirə" ilə matçda oyun günü planı pozulduğuna görə 2 000 manat məbləğində ziyana düşüb. Bundan əlavə, "İmişli" "Araz-Naxçıvan"la matçda altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Araz-Naxçıvan"ın isə dörd futbolçusu sözügedən oyunda sarı vərəqə aldığından eyni cəzaya məruz qalıb. "Sabah" klubu isə "Karvan-Yevlax"la oyunda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cərimələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər