Dünya

Tailandda hərbi təyyarə qəzaya uğrayıb: Ölənlər var

29 Jan 2026, 11:08 2 baxış
Tailandda hərbi təyyarə qəzaya uğrayıb: Ölənlər var
Tailand Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin şimalındakı Çianqmay əyalətində qəzaya uğrayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Matichon" qəzeti məlumat verib. Məlumata görə, qəza zamanı hər iki pilot həlak olub.
Bildirilir ki, "AT-6" hücum-kəşfiyyat təyyarəsi yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 7:30-da - red.) meşəlik əraziyə düşüb.
{{gallery}} Qəza yerində fövqəladə xidmətlər işləyirlər, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər