İdman

Luis Enrike Xviça Kvaratsxeliyanın zədəsindən DANIŞDI

29 Jan 2026, 10:36 1 baxış
Luis Enrike Xviça Kvaratsxeliyanın zədəsindən DANIŞDI
Fransanın PSJ futbol klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya topuğundan zədə alıb. Onun sağalacağı müddət isə daha sonra açıqlanacaq. Oxu.Az-ın "Le Figaro" nəşrinə istinadən xəbərinə görə, bu barədə PSJ-nin baş məşqçisi Luis Enrike məlumat verib. Xviça Kvaratsxeliya Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda İngiltərənin "Nyukasl" komandasına qarşı 1:1 hesabı ilə başa çatan matçda zədə alıb və 22-ci dəqiqədə klub əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib. "Bu, topuq zədəsidir. Vəziyyət mürəkkəbdir, amma ümid edirəm ki, yanılıram və bu gün bizim yaxşı xəbərlərimiz olacaq", - deyə Enrike bildirib. 24 yaşlı Kvaratsxeliya 2025-ci ilin yanvarında İtaliyanın "Napoli" klubundan PSJ-yə keçib. Karyerası ərzində oyunçu Kazanın "Rubin" və Moskvanın "Lokomotiv" komandalarında oynayıb. Bu mövsüm onun hesabında 27 matçda yeddi qol və beş məhsuldar ötürmə var.
Mənbə oxu.az

Oxşar Xəbərlər