İdman

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib

29 Jan 2026, 02:20 1 baxış
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran "Qarabağ" klubunun pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1/8 finala yüksəlmək üçün PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq. Qeyd edək ki, "köhlən atlar" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vurublar. Pley-off mərhələsinin püşkatması yanvarın 30-da keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər