İdman

"Qarabağ"ın potensial rəqibləri bəlli oldu: PSJ və...

29 Jan 2026, 02:06 1 baxış
"Qarabağ"ın potensial rəqibləri bəlli oldu: PSJ və...

UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.


Axar.az xəbər verir ki, təmsilçimiz 1/8 finala yüksəlmək üçün PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq.


Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vurub. Pley-off mərhələsinin püşkatması yanvarın 30-da baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər