İdman
UEFA Çempionlar Liqası: "Liverpul" - "Qarabağ" görüşündə start heyətlər açıqlandı - CANLI
UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda üz-üzə gələcək İngiltərənin "Liverpul" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub. Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar. "Liverpul": Alisson Bekker, Frimponq, Qravenberx, Van Deyk (k), Robertson, Virts, Makallister, Soboslai, Salah, Ekitike, Qakpo; "Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina. Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" - "Qarabağ" qarşılaşması bu gün "Enfild"də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. "Qarabağ" klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxır. Oxu.Az xəbər verir ki, təmsilçimiz sonuncu - VIII turda İngiltərədə "Liverpul" komandası ilə qarşılaşır. Qeyd edək ki, qarşılaşmanı canlı olaraq izləyə bilərsiniz:
Mənbə
oxu.az