Cəmiyyət

Peşə təmayüllü siniflərdə şagirdlər neçə ixtisas üzrə təhsil alırlar?

28 Jan 2026, 18:48 2 baxış
Peşə təmayüllü siniflərdə şagirdlər neçə ixtisas üzrə təhsil alırlar?
"Peşə təmayüllü siniflərdə tədrisə cəlb olunma könüllü əsaslarladır. Bu layihəyə qoşulan uşaqlar sonradan öyrəndikləri peşə üzrə fəaliyyətlərini davam etdirirlər. Məsələn, 2021-ci ildəki ilk tədris ilimizdən 2023-24-cü ilə qədər məzunlarımızın 15 faizinə qədəri oxuduğu iki peşədən birində fəaliyyətini davam etdirib". Oxu.Az xəbər verir ki, bunu "Peşə təmayüllü siniflər" layihəsinin rəhbəri Arif Pənahov "Təhsil" TV-nin efirində yayımlanan "Təhsil saatı" proqramında deyib.
O bildirib ki, peşə təmayüllü siniflərdə şagirdlər, layihəyə əsasən, 10 və 11-ci siniflərdə iki fərqli ixtisas üzrə təhsil alırlar: "Ola bilər ki, gələcəkdə bu peşələrin sayı dördə qədər artırılsın". Mərahim Nəsib
Peşə təmayüllü siniflərdə şagirdlər neçə ixtisas üzrə təhsil alırlar?
Mənbə oxu.az

Oxşar Xəbərlər