Mədəniyyət
"Sən - kralsan!" yenidən səhnədədir
Fevralın 20-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində "Sən - kralsan!" müziklinin növbəti tamaşası keçiriləcək. Oxu.Az-ın məlumatına görə, əfsanəvi Elvis Preslinin repertuarından 18 mahnı tamaşanın musiqi əsası kimi istifadə olunub. Lirik və bəzən isə inanılmaz dərəcədə hərəkətli olan bu kompozisiyalar Ələkbər Tağızadənin elə öz pyesi əsasında səhnələşdirdiyi tamaşada istedadlı aktyorlar tərəfindən səsləndirilən hekayənin ümumi dramaturgiyasına mükəmməl şəkildə uyğunlaşır. Xüsusi olaraq tamaşa üçün bütün hitlərin orkestr versiyaları yaradılıb. Layihənin musiqi rəhbəri və dirijoru Cavad Tağızadə, quruluşçu rəssamı isə Vüsal Rəhimdir.
Tamaşanın qəhrəmanları arasındakı mürəkkəb münasibətlər, intriqalar və etiraflar vokal partiyalar və parlaq rəqs nömrələri ilə davam edir. İnanılmaz səslər və heyrətamiz xoreoqrafiya (xoreoqraf Kamilla Əliyeva) unudulmaz bayram ab-havası yaradır. Tamaşada çıxış edirlər: Elvin - İlham Nəzərov, Atilla Məmmədov, Roza - Mehriban Zaliyeva, Olqa Georgiyeva, Elvis Presli - Rauf Babayev, Merlin - Aydan Həsənova, mayor Braun - Leonid Klets, Elçin Əhədzadə, Stiv - Sübhan Rüstəmov. Biletləri linkə daxil olaraq əldə etmək olar.

Mənbə
oxu.az
Oxşar Xəbərlər