Mədəniyyət
Nazirlik: "Mədəniyyət sahəsində islahatlar mərhələli və sistemli şəkildə həyata keçirilir"
"Teatr sahəsindəki dəyişikliklər bir ildən artıq müddət ərzində teatr rəhbərləri, sahə üzrə mütəxəssislər və aidiyyəti komissiyalarla müzakirə olunub və bu müzakirələrin nəticəsi olaraq qərarlar qəbul edilib". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiq ediməsində əvvəl müzakirə olunubmu?, - sualına cavab olaraq verilib. Vurğulanıb ki, qəbul edilmiş dəyişikliklər ölkə üzrə fəaliyyət göstərən 23 dövlət teatrını əhatə edir: "Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Müasir teatr idarəetmə modellərində klassik inzibati vəzifələrdən daha çox çevik, funksional və layihəəsaslı idarəetmə yanaşmaları tətbiq olunur. Aparılan dəyişikliklər də bu beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir". Nazirlik aparılan dəyişikliklərin gələcək mərhələlərdə də davam etdiriləcəyini bildirib. "Mədəniyyət sahəsində islahatlar mərhələli və sistemli şəkildə həyata keçirilir. Teatrların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təhlillər aparılacaq və zərurət yarandıqda əlavə təkmilləşdirmə tədbirləri görüləcək", - deyə məlumatda bildirilib. Əzizə İsmayılova
Mənbə
oxu.az
Oxşar Xəbərlər