Mədəniyyət
Azərbaycanda dövlət teatrlarında baş rejissor və baş rəssam ştatları LƏĞV EDİLDİ
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. "Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor və baş rəssam ştatları ləğv edilib", - deyə məlumatda vurğulanıb. Əzizə İsmayılova
Mənbə
oxu.az
Oxşar Xəbərlər