Digər

Tramp bu bəyanatına görə dərhal üzr istəməlidir - Quttenberq

26 Jan 2026, 08:00 2 baxış
Tramp bu bəyanatına görə dərhal üzr istəməlidir - Quttenberq

Almaniyanın keçmiş müdafiə naziri Karl-Teodor Quttenberq ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı əməliyyatda NATO müttəfiqlərinin rolunu azaldan bəyanatını tənqid edərək, Amerika liderinin üzr istəməli olduğunu deyib.


Axar.az xəbər verir ki, o, bu barədə "Bild" nəşrinə deyib.


"Bu bütün yaralılara və ölənlərin ailələrinə, həmçinin NATO ittifaqı çərçivəsində amerikalı yoldaşları ilə çiyin-çiyinə döyüşən əsgərlərin üzünə bir sillədir. Ona görə də üzr istəmək düzgün olardı", - o bildirib.


O, Trampdan belə bir addım gözləmədiyini vurğulayıb.


Qeyd edək ki, “Fox Nyus”a verdiyi müsahibədə Tramp Qərbi Avropa ölkələrinin Əfqanıstandakı hərbi kampaniyadakı rolunu kiçiltmiş və Avropa müttəfiq qoşunlarının "cəbhə xəttindən kənarda qaldığını" bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər