Digər

Türkiyə Suriyaya humanitar yardım göndərdi

26 Jan 2026, 00:21 2 baxış
Türkiyə Suriyaya humanitar yardım göndərdi

Türkiyə Suriyanın Ayn əl-Ərəb bölgəsinə humanitar yardım göndərib.


Axar.az xəbər verir ki, yardım Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən hazırlanıb.


Bildirilib ki, beş TIR-da 50 ton un, yataq dəstləri və geyim ləvazimatları var.


Xatırladaq ki, Türkiyə ötən ilin dekabrında da Suriyaya yardım göndərib. Terrorçulardan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər