Digər

Ryabkov təsdiqlədi: Tramp Rusiyaya dəvət edilib

25 Jan 2026, 19:58 2 baxış
Ryabkov təsdiqlədi: Tramp Rusiyaya dəvət edilib

ABŞ Prezidenti Donald Tramp Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət alıb.


Axar.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.


“Əlbəttə, Ankoricdə Prezident Tramp Rusiya Federasiyasına səfərə dəvət edilib”, – deyə diplomat bildirib.


Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.


“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər