Dünya

Britaniya Sülh Şurasını dəstəkləmək üçün şərtini açıqladı

23 Jan 2026, 14:52 1 baxış
Britaniya Sülh Şurasını dəstəkləmək üçün şərtini açıqladı
"Böyük Britaniya Qəzza üzrə Sülh Şurasını onun səlahiyyətlərinin yalnız Yaxın Şərq bölgəsinə şamil ediləcəyi təqdirdə dəstəkləyəcək". Oxu.Az xəbər verir ki, bunu Baş nazir Kir Starmer "Kanal 4"ə verdiyi müsahibədə deyib: "Əvvəlcə Sülh Şurasının mənşəyini anlamalıyıq. O, Yaxın Şərqi və Qəzzanı idarə etmək üçün bir vasitə kimi ortaya çıxdı. Bu mühümdür. İndi Qəzzada atəşkəs əldə edilib və biz növbəti mərhələyə keçməliyik. Mən Yaxın Şərq üçün bu vacib yolda bizə kömək edəcək strukturların mövcudluğunu dəstəkləyirəm". Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsi imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər