Dünya

Ancey Domanski: "Polşanın büdcəsində Sülh Şurasına vermək üçün bir milyard dollar yoxdur"

23 Jan 2026, 11:40 1 baxış
Ancey Domanski: "Polşanın büdcəsində Sülh Şurasına vermək üçün bir milyard dollar yoxdur"
"Polşanın dövlət büdcəsində Qəzza Sülh Şurasına üzvlük haqqı kimi tələb olunan bir milyard dolları ödəmək üçün vəsait yoxdur". Oxu.Az xəbər verir ki, bunu Polşanın maliyyə naziri Ancey Domanski "Rzeczpospolita" qəzetinə verdiyi müsahibədə deyib: "Bu məbləğ dövlət büdcəsində nəzərdə tutulmayıb. Polşanın maliyyələşdirməli olduğu daha vacib vəzifələr var. İstənilən beynəlxalq müqavilənin icrası üçün Nazirlər Şurasının razılığı tələb olunur. Bu gün belə razılıq qətiyyən mövcud deyil". Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsi imzalanıb. Sülh Şurası İsrail ilə HƏMAS arasında Qəzza zolağını idarə etmək üçün əldə edilən razılaşmaya uyğun olaraq yaradılıb. Lakin onun digər bölgələrdəki münaqişələrin qarşısının alınması və həlli üzərində də çalışacağı gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər