Dünya

İndoneziyada qəzaya uğrayan təyyarədə ölənlərin cəsədləri tapıldı

23 Jan 2026, 11:00 1 baxış
İndoneziyada qəzaya uğrayan təyyarədə ölənlərin cəsədləri tapıldı
Xilasedicilər "Indonesia Air Transport" aviaşirkətinin Cənubi Sulavesi əyalətindəki Bulusaraunq dağının zirvəsində qəzaya uğrayan "ATR 42-500" təyyarəsindəki sərnişinlərin cəsədlərini tapıblar. Oxu.Az xəbər verir ki, "Reuters" bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, təyyarədə olan 10 nəfərin cəsədlərinin təxliyəsi davam edir, lakin dağlıq ərazidə əməliyyat aparmaq çətinləşir. Təyyarə Dənizçilik və Balıqçılıq Nazirliyinin sifarişi ilə çarter reysi həyata keçirib və balıqçılıq bölgələrinin hava monitorinqini aparıb. Qəza yanvarın 17-də baş verib. Cokyakartadan Cənubi Sulavesinin paytaxtı Makassara uçan təyyarədə yeddi heyət üzvü və nazirliyin üç əməkdaşı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər