Dünya

KİV: İsrail ABŞ-nin İrana mümkün zərbəsinə hazırlığını başa çatdırıb

23 Jan 2026, 01:48 1 baxış
KİV: İsrail ABŞ-nin İrana mümkün zərbəsinə hazırlığını başa çatdırıb
İsrail Silahlı Qüvvələri ABŞ-nin İrana mümkün hərbi zərbə endirməsinə hazırlığını başa çatdırıb. Hücumun istənilən an həyata keçirilə biləcəyi bildirilir. Oxu.Az bu barədə "The Times of Israel" nəşrinə istinadən xəbər verir. Qəzetin məlumatına görə, yaxın vaxtlarda ABŞ qüvvələrinin Yaxın Şərq regionunda yerləşdirilməsi prosesi tam yekunlaşacaq. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, əgər ona qarşı hər hansı bir sui-qəsd baş verərsə, İranı "yer üzündən silmək" barədə əmr verib. O, bu açıqlamanı İran hakimiyyətindən gələn təhdidlərə cavab olaraq səsləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər