Dünya

Moskvada Putin-Uitkoff görüşü başlayıb

23 Jan 2026, 01:00 1 baxış
Moskvada Putin-Uitkoff görüşü başlayıb
Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerlə görüşü başlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, danışıqlarda müzakirə olunan əsas mövzu Ukrayna nizamlanmasıdır. Bundan əlavə, amerikalı danışıqçılarla Rusiyanın Sülh Şurasına dəvət edilməsini, habelə hələ əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin mümkün taleyini müzakirə etmək planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər