Dünya

Zelenski: "BƏƏ-də iki gün Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqları keçiriləcək"

22 Jan 2026, 21:12 1 baxış
Zelenski: "BƏƏ-də iki gün Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqları keçiriləcək"
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində cümə və şənbə günləri keçirilməsi planlaşdırılan Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqlarını anons edib. Oxu.Az "Yevropeyskaya Pravda" nəşrinə istinadən xəbər verir ki, o, bu barədə Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı deyib. Zelenski ABŞ Prezidenti Donald Trampla ikitərəfli danışıqlardan dərhal sonra çıxış edib. O qeyd edib ki, bu görüşdən əvvəl Ukraynanın nümayəndə heyəti ABŞ tərəfi ilə ünsiyyətdə olub və daha sonra ABŞ nümayəndə heyətinin Moskvada təmasları baş tutacaq. "Rusiya güzəştlərə hazır olmalıdır. Təkcə Ukrayna deyil, hamı hazır olmalıdır. Bu, bizim üçün vacibdir. Görək, nəticələr necə olacaq", - deyə dövlət başçısı əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər