Dünya

Hindistan ordusuna məxsus avtomobil dərəyə aşıb: Çox sayda ölən və yaralanan var

22 Jan 2026, 18:08 1 baxış
Hindistan ordusuna məxsus avtomobil dərəyə aşıb: Çox sayda ölən və yaralanan var
Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsində ölkə ordusuna məxsus hərbi avtomobil 120 metr dərinlikli dərəyə aşıb. Bu barədə Oxu.Az Hindistan KİV-ə istinadən xəbər verir.
Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsində ölkə ordusuna məxsus hərbi avtomobil 120 metr dərinlikli dərəyə aşıb. Bu barədə Oxu.Az Hindistan KİV-ə istinadən xəbər verir. Hadisə nəticəsində maşında 21 əsgərdən 10-u ölüb, 11-i yaralanıb. Yaralılar helikopterlə təxliyə edilib və xəstəxanaya çatdırılıblar. Ordu nümayəndəsinin sözlərinə görə, avtomobilin sürücüsü Bhadervah-Çamba ştatlararası magistral yolunda Hanni Top aşırımı yaxınlığında idarəetməni itirib, nəticədə dəhşətli qəza baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər