Dünya
Davosda gizli qalan detallar: Tramp və Zelenski nələri müzakirə etdilər?
"Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə çalışırlar". Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Volodimir Zelenski ilə görüşündən sonra belə deyib. "Hər kəs müharibənin bitməsini istəyir", - deyə o, jurnalistlərlə qısa söhbətində bildirib. D.Tramp, həmçinin V.Zelenski ilə hazırkı təmasının çox yaxşı keçdiyini vurğulayıb. "Bu, davam edən bir prosesdir", - ABŞ prezidenti Ukraynadakı münaqişənin aradan qaldırılmasına yönəlmiş diplomatik səylər barədə danışarkən deyib.
Mənbə
oxu.az