Cəmiyyət

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların SON VƏZİYYƏTİ

22 Jan 2026, 09:24 2 baxış
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, yanvarın 21-də saat 23:00-da Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. "Yaralılara bədənin və başın müxtəlif nahiyələrinin travmaları, qasıq sümüyünün sınığı, döş qəfəsinin əzilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 2003-cü il təvəllüdlü pasiyentin müalicəsi reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən 1988-ci il və 2003-cü il təvəllüdlü şəxslərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər