Cəmiyyət
Bir nəfərin səhlənkarlığı ANAMA-nın işini necə dayandırır? - Real faktlar
"Gizli şəkildə avtomobillə və ya piyada minalanmış ərazilərə daxil olaraq metal yığan şəxslər var. Bu metallar sonradan metal qəbul məntəqələrinə təhvil verilir və bu prosesin arxasında açıq-aşkar maddi maraq dayanır. Səhlənkarlıqla yanaşı, bu cür addımlar atmaqla insanlar təkcə özlərini deyil, başqalarını da ciddi təhlükə altına atırlar". Bu fikirləri hərbi müxbir Fərdin İsazadə Baku TV-nin "Aktual Gündəm" verilişində səsləndirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl Cəbrayıl istiqamətində çəkiliş aparılan zaman minalanmış əraziyə bir nəfərin daxil olması ilə bağlı məlumat daxil olub: "Həmin an ANAMA-nın o istiqamətdə fəaliyyət göstərən bütün heyəti işi dayandıraraq hadisə yerinə cəlb olundu. Təcili tibbi yardım avtomobili, tibb işçiləri, ANAMA nümayəndələri və kinoloqlar - bütün qüvvələr həmin şəxsin təhlükəli ərazidən çıxarılmasına yönəldildi. Prioritet işlər kənara qoyuldu və bu proses bir-iki saatdan artıq vaxt apardı".

Mənbə
oxu.az