Cəmiyyət

Burada əqrəb, ilan - nə desən, var" - Uşaqların təhlükə altında qaldığı məktəbdə nə baş verir?

22 Jan 2026, 01:00 2 baxış
Burada əqrəb, ilan - nə desən, var" - Uşaqların təhlükə altında qaldığı məktəbdə nə baş verir?
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər Şabran rayonu, Dəvəçi kənd tam orta məktəbinin binasının yararsız vəziyyətdə olmasından şikayət edirlər.
Sakinlərdən biri bildirib ki, məktəbin vəziyyəti ciddi narahatlıq doğurur: "Məktəb bərbad gündədir. Tavandan su damır, uşaqlar tez-tez qrip olurlar. Burada əqrəb, ilan - nə desən, var". "Məktəb sovet dövründə tikilib. Oturacaqlar pis vəziyyətdədir, sanitar qovşağı yoxdur. Divarlarda çatlar var. Övladım evə gəlib deyir ki, ata, dərs vaxtı üstümüzə su damır", - başqa bir sakin deyib. Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar: "Binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər