Digər

Natiq Məmmədli: "Azərbaycan sistemli dezinformasiya təhdidi ilə qarşı-qarşıyadır"

21 Jan 2026, 12:37 2 baxış
Natiq Məmmədli: "Azərbaycan sistemli dezinformasiya təhdidi ilə qarşı-qarşıyadır"
"Dezinformasiyanın sürətlə yayılmasının əsas səbəblərindən biri də dünyada mediaya olan etimadın azalmasıdır". Oxu.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı Direktorunun müavini Natiq Məmmədli deyib. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, MEDİA-nın və Mətbuat Şurasının tərəfdaşlığı ilə "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı o bildirib ki, söz yaranandan onu inkar etmək üçün əks-arqument də formalaşıb və bu, daha aktualdır: "Azərbaycan sistemli dezinformasiya təhdidi ilə qarşı-qarşıyadır. Dövlətimizin isə bununla mübarizədə güclü siyasi iradəsi var. Aparılan araşdırmalara görə saxta xəbər doğru informasiyadan altı dəfə sürətlə yayılır. Bunun səbəbi isə dünyada mediaya etimadın azalmasıdır". MEDİA rəsmisi bildirib ki, dünyada media etikasına əməl olunmur: "Bütün cəmiyyətlər media savadlılığına sahiblənməlidir. Bu amil saxta informasiyanın təsirinə düşməməyə yardım edir. Dezinformasiya yaxın 10 ildə kütləvi şüuru öz təsiri altına ala bilər". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər