Digər

1633-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

14 Aug 2026, 18:04 1 baxış
1633-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1633-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 207 171 PUA-sı, 669 zenit-raket kompleksi, 30 571 tank və digər zirehli texnikası, 1 770 reaktiv yaylım atəş sistemi, 36 146 artilleriya və minaatanı, 69 236 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər