Dünya

Britaniyada daha bir sərnişin qatarı relsdən çıxdı

14 Aug 2026, 19:48 3 baxış
Britaniyada daha bir sərnişin qatarı relsdən çıxdı
Böyük Britaniyada son iki gün ərzində ikinci dəfə sərnişin qatarı relsdən çıxıb. Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, hadisə Esseks qraflığının Uikford şəhəri yaxınlığında baş verib. Qatarın arxa vaqonları relsdən çıxsa da, aşmayıb. Hadisə nəticəsində xəsarət alanların olduğu barədə məlumat daxil olmayıb. Britaniya Nəqliyyat Polisi hadisənin səbəblərini araşdırır. Xatırladaq ki, ötən gün Şərqi Sasseks qraflığında Lyuis stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb. Üç vaqon aşıb, iki nəfər ağır, daha doqquz nəfər isə yüngül xəsarət alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər