Digər
Ukrayna bu ölkədə sursat zavodu tikir
Ukrayna müdafiə şirkəti Litvada sursat zavodu tikəcək.
Axar.az xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat yayıb.
Məlumata görə, Litvanın iqtisadiyyat naziri və Ukraynanın DEMZ şirkətinin rəhbəri yeni sursat zavodunun tikintisinə böyük investisiya qoyuluşu haqqında müqavilə imzalayıblar.
Alitus şəhərində inşa olunacaq müəssisədə NATO standartlarına uyğun sursat və onun komponentləri istehsal ediləcək.
Mənbə
axar.az