Cəmiyyət

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

14 Aug 2026, 19:14 2 baxış
Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.


Axar.az xəbər verir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.


Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Qeyd edək ki, bu gün də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər