Digər

Heç kim deməsin ki, Norveç buna nəzarət etmir - Tramp

21 Jan 2026, 01:35 2 baxış
Heç kim deməsin ki, Norveç buna nəzarət etmir - Tramp

Heç kim Norveçin Nobel Sülh Mükafatı ilə bağlı vəziyyətə nəzarət etmədiyini deməsin.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp brifinqdə deyib.


O, Nobel Komitəsinin qərarlarına görə Norveç hökumətini günahlandırıb:


“Mən hər müharibə üçün Nobel mükafatı almalı idim, amma bunu demirəm. Mən milyonlarla insanı xilas etdim. Heç kimin sizə Norveçin vəziyyətə nəzarət etmədiyini deməyinə icazə verməyin. Bu, Norveçlə bağlıdır”.


Qeyd edək ki, daha öncə Donald Trampın məsələ ilə bağlı Norveç Baş naziri Yonas Qar Störeyə məktub ünvanladığı üzə çıxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər