Digər
1427-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1427-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 110 154 PUA-sı, 646 zenit-raket kompleksi, 27 224 tank və digər zirehli texnikası, 1 644 reaktiv yaylım atəş sistemi, 32 701 artilleriya və minaatanı, 52 351 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az