Digər

Terrorçuların Türkiyə bayrağına hücumu... - Ankaradan cavab

20 Jan 2026, 19:10 2 baxış
Terrorçuların Türkiyə bayrağına hücumu... - Ankaradan cavab

Nusaybin-Qamışlı sərhədinin Suriya tərəfində YPG tərəfdarlarının şanlı bayrağımıza qarşı xaincəsinə hücumu millətimizin dincliyini pozmağa və terrorla mübarizəmiz çərçivəsində inkişafları hədəf almağa yönəlmiş açıq təxribatdır.


Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran özünün X hesabında yazıb.


“Bu cür əməlləri planlaşdıranlar bilməlidirlər ki, Türkiyənin təhlükəsizliyinə yönəlik hər təhdid qətiyyətli şəkildə cavabını alacaq”, - Duran bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər