Siyasət

XİN Pakistana başsağlığı verdi

19 Jan 2026, 23:34 2 baxış
XİN Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin olması ilə bağlı Pakistana başsağlığı verib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Kəraçidəki ticarət mərkəzində günahsız insanların həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəli yanğın hadisəsindən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə ürəkdən başsağlığı veririk", - deyə paylaşımda bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər