Siyasət
İlham Əliyevin beynəlxalq arenada daha bir uğuru
Müasir beynəlxalq münasibətlər sistemində hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər liderin bacardığı missiya deyil. Azərbaycan bu çətin yolu uğurla keçən nadir dövlətlərdən biridir.
Prezident İlham Əliyevin 2026-cı il üçün Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də məhz bu sülh strategiyasının qlobal miqyasda tanınmasının bariz göstəricisidir. Şeyx Zayed Fondu tərəfindən təqdim olunan bu mükafat dünyada dialoq, humanizm və dinc yanaşı yaşama mədəniyyətinin təşviqinə töhfə verən liderlərə təqdim edilir. Fondun rəsmi açıqlamasında qeyd olunur ki, Prezident İlham Əliyev bu nüfuzlu mükafata "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə layiq görülüb. Bu sənəd Qafqazda onilliklər boyu davam edən münaqişəyə faktiki olaraq son qoyan tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Mükafatın qalibləri dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. "Zayed İnsan Qardaşlığı Mükafatı"nın baş katibi Məhəmməd Əbdülsəlam bildirib ki, Ermənistan-Azərbaycan sülh sazişi mükafatın əsas missiyasını, qarşıdurma əvəzinə dialoqu təşviq etmək məqsədini tam şəkildə əks etdirir və bu, qlobal sülh üçün mühüm mərhələdir. Xatırladaq ki, Azərbaycan 44 günlük Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində beynəlxalq hüququ bərpa edərək ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Lakin Bakı bununla kifayətlənməyərək qələbəni revanşizmə deyil, sülh gündəminə çevirməyi seçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu yanaşma "qalibin məsuliyyəti" anlayışının real təzahürüdür. Zəfərdən sonra həyata keçirilən "Böyük Qayıdış" Proqramı, işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və regional əməkdaşlığa yönəlmiş təşəbbüslər Azərbaycanın sülhü real inkişaf modeli ilə möhkəmləndirdiyini göstərir. Bakı Cənubi Qafqazda yeni nəqliyyat, logistika və enerji arxitekturasının əsas mərkəzinə çevrilməkdədir. "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın artıq yalnız hərbi gücü ilə deyil, humanist siyasəti və sülh quruculuğu modeli ilə də qlobal nüfuz qazandığının rəsmi təsdiqidir. Mükafat fevralın 4-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. Bu hadisə Azərbaycanın regionda münaqişə yaradan deyil, sülh yaradan dövlət kimi tarixə düşdüyünü bir daha nümayiş etdirəcək.

Mənbə
oxu.az
Oxşar Xəbərlər