Siyasət
Bakıda bəzi tibb işçilərinin əməkhaqqılarına ƏLAVƏNİN MÜDDƏTİ ARTIRILDI
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqqılarına əlavənin müddəti artırılıb. Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, əməkhaqqılarına əlavənin müddəti 2026-ci il aprelin 1-dək uzadılıb. Qeyd edək ki, bu müddət 2026-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Mənbə
oxu.az
Oxşar Xəbərlər