Digər

Suriya SDQ-yə 12 maddəlik plan təqdim etdi - Siyahı

18 Jan 2026, 15:53 2 baxış
Suriya SDQ-yə 12 maddəlik plan təqdim etdi - Siyahı

Suriya hökuməti Suriya Demokratik Qüvvələrinə (SDQ) 12 maddəlik plan təqdim edib.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Məcəllə” məlumat yayıb.


Planın maddələri belədir:


1. SDQ üzvləri Suriya ordusuna birləşmə və ya briqada kimi deyil, fərdi şəkildə qoşulur;


2. SDQ İraqla sərhəd-keçid məntəqələrini təhvil verir;


3. SDQ Türkiyə ilə sərhəd-keçid məntəqələrini təhvil verir;


4. SDQ ərəblərin çoxluq təşkil etdiyi Deyr əz-Zor və Rakka əyalətlərindən geri çəkilir;


5. Bütün neft və qaz obyektlərinin nəzarəti Suriya hökumətinə təhvil verilir;


6. Bəndlərin və su infrastrukturunun nəzarəti Suriya hökumətinə təhvil verilir;


7. Haseke əyalətində birgə idarəçilik yaradılır;


8. Məzlum Əbdi Haseke qubernatoru təyin edilir;


9. SDQ-yə hökumət vəzifələri (məsələn, müdafiə və ya daxili işlər nazirlərinin müavinləri) verilir;


10. SDQ-yə Suriya parlamentində iştiraka icazə verilir;


11. Prezident Əhməd əş-Şaranın son fərmanı ilə kürd hüquqlarının tanınması təsdiqlənir;


12. Bütün bəndlər müəyyən bir vaxt qrafikinə uyğun olaraq həyata keçirilir;


Qeyd edək ki, Suriya ordusunun terror təşkilatı SDQ-yə qarşı əməliyyatları davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər