Şou biznes

Kann Kinofestivalında gecənin əsas ulduzu Con Travolta oldu

16 May 2026, 02:48 2 baxış
Kann Kinofestivalında gecənin əsas ulduzu Con Travolta oldu
ABŞ-li məşhur aktyor Con Travoltaya Kann Kinofestivalının xüsusi fəxri "Qızıl palma budağı" mükafatı təqdim olunub. Oxu.Az xəbər verir ki, bununla bağlı festivalın təşkilat komitəsi rəsmi açıqlama yayıb. Hollivud ulduzu Kann festivalına "Pər: Təktərəfli gecə uçuşu" adlı ilk rejissorluq işinin təqdimatı məqsədilə qatılıb. "Bu axşam fəxri "Qızıl palma budağı"na layiq görülən Con Travolta adını tarixə bir daha qızıl hərflərlə yazdırdı", - deyə təşkilatçıların bəyanatında vurğulanıb. Xatırladaq ki, sayca 79-cu Kann Kinofestivalının açılışı mayın 12-də Festivallar və Konqreslər Sarayında baş tutub. Mayın 23-dək davam edəcək festival çərçivəsində əsas mükafat uğrunda 20-dən çox film yarışır.
Mənbə oxu.az

Oxşar Xəbərlər