Dünya

"Aston Villa" - "Liverpul" oyununda qol yağışı - VİDEO

16 May 2026, 01:54 2 baxış
"Aston Villa" - "Liverpul" oyununda qol yağışı - VİDEO
İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində "Aston Villa" və "Liverpul" komandaları arasında keçirilən qarşılaşma başa çatıb. Oxu.Az xəbər verir ki, görüş "Aston Villa"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matç Birmingemdəki "Villa Park" stadionunda oynanılıb. Oyunun baş hakimi funksiyasını Kris Kavana (Lankaşir) yerinə yetirib.
Bu nəticədən sonra "Aston Villa" 62 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb, "Liverpul" isə 59 xalla beşinci yerdə gedir. Beləliklə, birminqemlilər 2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasına vəsiqəni rəsmiləşdiriblər. Növbəti turda "villanlar" səfərdə "Mançester Siti"nin qonağı olacaq, "qırmızılar" isə öz meydanında "Brentford"u qəbul edəcək. İPL-in 38-ci turunun bütün matçları mayın 24-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər