Digər

Lukaşenkodan göstəriş: Orduda yoxlamalar başladı

16 Jan 2026, 14:48 1 baxış
Lukaşenkodan göstəriş: Orduda yoxlamalar başladı

Belarus Prezidenti Aleksandr Lukaşenkonun əmri ilə silahlı qüvvələrdə genişmiqyaslı yoxlamalar başlayıb.


Axar.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.


Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç isə bildirib ki, yoxlama hərtərəfli, elan edilməmiş xarakter daşıyır və bir neçə mərhələdə keçiriləcək:


“Bu, hərbi hissələrin qorunması, dronlar da daxil olmaqla müasir silahlara qarşı mübarizə məsələləri, həmçinin, xüsusi hərbi əməliyyatların təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Yoxlama planı şəxsən Lukaşenko tərəfindən təsdiqlənib. Birinci mərhələ hərbi texnikanın saxlanıldığı böyük bir hərbi texniki dəstək bölməsinin yoxlanılmasını əhatə edir”.

Mənbə axar.az

Oxşar Xəbərlər