Digər
Trampa güvənə biləcəyimizi bilirik - Maçado
Venesuelanın azadlığı üçün Prezident Donald Trampa güvənə biləcəyimizi bilirik.
Axar.az xəbər verir ki, bunu Venesuela müxalifət lideri Mariya Korina Maçado ABŞ Prezidenti Donald Trampla görüşdən sonra jurnalistlərə deyib.
“Mən Trampa Nobel Sülh Mükafatını təqdim etdim. Bolivar xalqı azadlığımıza göstərdiyi bənzərsiz sədaqətin tanınması əlaməti olaraq Vaşinqtonun varisinə Nobel Sülh Mükafatının medalını təqdim edir.
Əmin olun ki, Prezident Tramp Venesueladakı bütün siyasi məhbusların və bütün venesuelalıların azadlığına sadiqdir”, - o bildirib.
Mənbə
axar.az