İdman

"Zirə"dən ayrılan futbolçu Almaniya klubuna keçdi

15 Jan 2026, 17:02 1 baxış
"Zirə"dən ayrılan futbolçu Almaniya klubuna keçdi
"Zirə"dən ayrılan Vensan Tillin yeni klubu məlum olub. Oxu.Az xəbər verir ki, lüksemburqlu vinger karyerasını Almaniyada davam etdirəcək. O, Almaniyanın 3-cü liqa təmsilçisi "Valdhof Manhaym" klubuna keçib. 25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi 2023-2025-ci illərdə "Sabah"da çıxış edib. O, bu komandada 35 oyuna 3 qol vurub. 2025-ci ilin iyununda "Zirə"yə keçən futbolçu cəmi 3 aydan sonra göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər