Cəmiyyət
Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb
Quba-Xınalıq yolunda sürüşmə olub. Oxu.Az APA-ya istinadla xəbər verir ki, sürüşmə yolun "Nazlı bulaq" kimi tanınan hissəsində baş verib, yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.
Mənbə
oxu.az