Dünya
Təl-Əviv səmasında həyəcan: 150 sərnişini olan təyyarə qaçırılıb?
Dubaydan Təl-Əvivə gedən və göyərtəsində 150-dən çox sərnişinin olduğu "Flydubai" təyyarəsinin qaçırıldığı ehtimal edilir. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ynetnews" nəşri məlumat verib. İlkin məlumata görə, təyyarə qaçırılmaya işarə edən kod ötürüb və şübhəli hündürlüyə qədər enib, daha sonra istiqamətini Səudiyyə Ərəbistanına doğru dəyişib. İsrail Hərbi Hava Qüvvələrinin iki qırıcı təyyarəsi havaya qaldırılıb. Bu məlumatdan sonra İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats təhlükəsizlik üzrə təcili məsləhətləşmələr aparırlar. Təhlükəsizlik xidmətlərindəki mənbə vurğulayıb ki, qaçırma ilə bağlı təsdiqlənmiş məlumat yoxdur, pilot fövqəladə vəziyyət siqnalı verib. Təyyarənin vəziyyəti barədə hələ ki məlumat yoxdur.
Mənbə
oxu.az