Siyasət

Prezident nəqliyyat-ekspedisiya ilə bağlı qanunu TƏSDİQLƏDİ

15 Jan 2026, 15:17 1 baxış
Prezident nəqliyyat-ekspedisiya ilə bağlı qanunu TƏSDİQLƏDİ
Prezident İlham Əliyev "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin (bundan sonra - hüquqi şəxslər) və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyir. Qanunun tam mətni ilə buradan tanış ola bilərsiniz. Bundan başqa, dövlət başçısı "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Qanunun tətbiqi məqsədilə fərman da imzalayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər