Siyasət

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

03 Oct 2026, 13:13 2 baxış
YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisədir. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Bu fakt nə qdər böyük inkişaf yolu keçdiyimizi, şanlı zəfərlər qazandığımızı təsdiqləyir.


Axar.az xəbər verir ki, bu sözləri deputat, YAP Təftiş Komissiyasının üzvü Samir Vəliyev deyib.


Onun sözlərinə görə, ötən dövr ərzində Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib:


"Prezident İlham Əliyev 2005-ci il martın 26-da keçirilən III Qurultayda Sədr seçildikdən sonra partiyanın həyatında yeni inkişaf mərhələsi başlandı. Xüsusilə, həyata keçirilən islahatlar partiyanın cəmiyyətimizdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin bərpası bu baxımdan xüsusi qeyd edilməlidir. O cümlədən, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər böyük önəm kəsb edir. Ötən dövrdə YAP ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində parlaq qələbələr qazanıb. Eləcə də, partiya işinin uğurlu təşkili, həyata keçirilən islahatlar YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını da şərtləndirib. Ötən dövrdə partiyanın beynəlxalq əlaqələri də genişlənib".


Deputat bildirib ki, cənab İlham Əliyev çıxışında YAP-ın yaranmasının zəruriliyinə diqqət çəkərək bunu Ulu Öndər Heydər Əliyevə xalqın dərin inamı ilə əlaqələndirib:


"Çünki müstəqilliyimiz ilk illərində hakimiyyətdə olan qüvvələr, xüsusilə AXC-Müsavat cütlüyü Azərbaycanı məhvə doğru sürükləyirdi. Daxili ictimai-siyasi, iqtisadi böhranla yanaşı Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə yarandı. Xalqımız o dövrdə çətinliklərdən xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi, Ulu Öndər də xalqın səsinə səs verərək Azərbaycanı təhlükələrdən xilas etmək məsuliyyətini öz üzərinə götürdü. Müxalifət partiyası kimi yaranan YAP da cəmi altı ay sonra iqtidar partiyasına çevrildi. Xalqımız hələ sovetlər dövründə Heydər Əliyevin böyük xidmətlərini unutmamışdı və bilirdi ki, o, hakimiyyətdə olsaydı, heç bir qüvvə Azərbaycana qarşı çıxış edə bilməz, Ermənistan bizə qarşı ərazi iddiaları irəli sürməyə cəsarət etməzdi. Ulu Öndər növbəti dəfə xalqın etimadını doğruldaraq xalqı bütün təhlükələrdən xilas etdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanı inkişaf yoiluna çıxardı, ölkəmizi dünyaya tanıtdı. O cümlədən, keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar nəticə etibarilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını şərtləndirdi. Ona görə də, Prezident İlham Əliyev çıxışında şanlı Zəfərimizin əsasının YAP-ın yaranması ilə qoyulduğunu vurğulayıb. Dövlətimizin başçısı Zəfərə gedən yolla bağlı fikirlərini bölüşüb, hazırda Ermənistanla sülh şəratində yaşadığımızı bəyan edib. Bütün bu nailiyyətlər isə öz gücümüzə əldə edilib.


Cənab İlham Əliyevin dediyi kimi, partiyamız Cənubi Qafqaz regionunun ən böyük siyasi qüvvəsidir. Bütövlükdə, YAP-ın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə oldu. Hesab edirəm ki, Qurultayda Nizamnaməyə edilən dəyişikliklər və digər qəbul olunmuş qərarlar partiyamızın gələcək inkişafında önəmli rol oynayacaq. Düşünürəm ki, partiya üzvləri olaraq ən əsas vəzifəmiz isə cənab Prezidentin tövsiyə və tapşırıqlarına yüksək səviyyədə əməl etməkdir”.

Mənbə axar.az

Oxşar Xəbərlər