İdman

Ülvi Babayev "Dinamo Moskva" ilə müqaviləsini uzatdı

15 Jan 2026, 14:38 1 baxış
Ülvi Babayev "Dinamo Moskva" ilə müqaviləsini uzatdı
"Dinamo Moskva" klubu hücumçusu Ülvi Babayevlə müqaviləsinin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ülvi Babayev klubla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Müqavilənin müddətini daha bir mövsüm - 2030-cu ilin yayına qədər uzatmaq hüququ da var. Qeyd edək ki, Ü.Babayev Ximkidə anadan olub. 10 yaşında "Dinamo"nun Akademiyasına qəbul olunub və daha sonra Klub Liqasında, UFL-2 və Gənclər Çempionatında fərqlənib. O, 2021-ci ilin sentyabrında "ağ-göylər"in ikinci komandasında oynamağa başlayıb və növbəti mövsümə qədər "Dinamo-2"nin liderlərindən və ən çox qol vuran oyunçularından birinə çevrilib. Daha sonra əsas komanda ilə məşqlərə başlayıb və 2023-cü ilin iyun ayında debüt edib. O, ötən mövsümü icarə əsasında "Krılya Sovetov"da keçirib, daha sonra doğma klubuna qayıdıb və cari mövsümün ilk yarısında 15 oyunda beş qol vurub. 2025-ci ilin noyabr ayında Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında debüt edən futbolçu üç oyunda üç dəfə fərqlənməyi bacarıb.
Ülvi Babayev "Dinamo Moskva" ilə müqaviləsini uzatdı
Mənbə oxu.az

Oxşar Xəbərlər