İdman
"Qalatasaray"ın müdafiəçisi Vilfrid Sinqo "İnter"in radarına düşüb
"Qalatasaray" klubunun parlaq müdafiəçisi Vilfrid Sinqo karyerasını İtaliya A Seriyasının güclü klublarından "İnter"də davam etdirmək şansı qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. 25 yaşlı cinah müdafiəçisi Sinqo artıq "İnter"ə təklif olunub. İtaliya çempionu bu potensial transfer üçün ilkin danışıqlara start verib. "Nerazzurri" rəhbərliyi Sinqonu komandaya qatmaq üçün konkret addımlar atmağa başlayıb. Qeyd edək ki, Vilfrid Sinqo 2025-ci ildə Fransa Liqa 1-in güclü komandası "Monako"dan "Qalatasaray"a transfer olub.
Mənbə
oxu.az