İdman
Nqolo Kantenin "Fənərbağça"ya transferinin detalları: 25 milyon avrodan imtina edib
Ulduz futbolçu Nqolo Kantenin "Fənərbağça"ya transferinin detalları üzə çıxıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi Kante ilə 2.5 illik müqavilə imzalamağa hazırlaşır. Klubun fransız futbolçu ilə illik 8 milyon avro qarşılığında razılaşma əldə etdiyi bildirilib. Səudiyyə Ərəbistanı komandası "Əl-İttihad"dan illik 25 milyon avro qazanan təcrübəli oyunçu "Fənərbağça"ya transferi üçün əhəmiyyətli bir maaş endiriminə getmiş olacaq.
Mənbə
oxu.az